CƏMİYYƏT


Şəmkir rayon sakininin yaşadığı evdə odlu silah-sursat gizlətdiyi müəyyənləşdirilib

Bakı, 16 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərində 5 qram heroin və 8 qram tiryək aşkarlanıb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyənləşdirilib. Evə baxış zamanı həmin şəxsə məxsus “Makarov” markalı tapança, sandıqça və səkkiz patron maddi sübut kimi götürülüb.

Faktla bağlı baş idarənin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.