CƏMİYYƏT


Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə oktyabrın 7-də Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli icra hakimiyyəti əməkdaşlarının və məktəblilərin iştirakı ilə balıqartırma zavodlarında yetişdirilən 200 min çəkikimi balıq körpəsi Şəmkir və Yenikənd su anbarlarına buraxılıb. Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək.

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.