İQTİSADİYYAT


Şəmkirdə “Amrahbank”ın yeni filialı açılıb

Bakı, 22 avqust (AZƏRTAC). “Amrahbank”ın Şəmkir rayonu 20 Yanvar küçəsi, 13A ünvanında yeni filialı fəaliyyətə başlayıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müasir texnoloji avadanlıqlarla təmin edilən filialın işçi heyəti müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Filialda həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa”, “MasterCard” tipli beynəlxalq plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətlər göstəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.