CƏMİYYƏT


Şəmkirdə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Bakı, 31 avqust, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir rayon Heydər Əliyev mərkəzində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Natiq Şıxəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra başçısı Alimpaşa Məmmədov çıxış edərək 21 sentyabr - Beynəlxalq Sülh Günü haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hazırda isə onun siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev dini radikalizmin yaranma səbəblərindən, radikal qrupların təbliğat metodlarından bəhs edib, onlara qarşı mübarizə üsulları barədə məlumat verib.

Sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev “Sülh aylığı zorakılığa qarşı” mövzusunda çıxış edərək keçirilən bu cür tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.