CƏMİYYƏT


Şəmkirdə “VAZ-21015” markalı avtomobilin vurduğu beş yaşlı uşaq ölüb

Bakı, 27 fevral, AZƏRTAC 

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində yolu keçən kənd sakini 5 yaşlı Rüstəm Paşayev Qaracəmirli kənd sakini R.Əmirxanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə vurulub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.