REGİONLAR


Şəmkirdə Yeni ilin gəlişi möhtəşəm bayram tədbiri ilə qeyd olunub VİDEO

Şəmkir, 28 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Şəmkirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəmkirliləri təbrik edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin xaricdə yaşayan soydaşlarımız arasında birliyin və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyən Alimpaşa Məmmədov bu tarixin bayram günü kimi qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.

2018-ci ildə ölkəmizdə qazanılan nailiyyətlərdən danışan icra hakimiyyətinin başçısı bu ilin bütün bölgələrimiz kimi, Şəmkir rayonu üçün də çox uğurlu bir il olduğunu deyib.

Tədbirdə 2018-ci ildə Şəmkir rayonunun sosial-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri fərman və mükafatlar təqdim olunub.

Bildirilib ki, mükafatların qalibləri Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsində şəmkirlilərin seçimi və münsiflər heyətinin qərarı ilə 14 nominasiya üzrə müəyyən edilib.

Sonra nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. “İlin mətbuat orqanı” adına AZƏRTAC layiq görülüb. Mükafatı AZƏRTAC-ın Gəncəbasar bölgəsi üzrə müxbiri Rauf Hacıyevə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.

Yeni ilin rəmzi olan Şaxta baba və Qar qızın uşaqlarla söhbəti, şən və maraqlı çıxışlar, rəqslər bayram iştirakçılarında xoş ovqat yaradıb.

Şəmkir rayon incəsənət ustalarının, həmçinin müğənni Ramal İsrafilov və qardaşlarının oxuduqları mahnılar bayram tədbirini unudulmaz edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.