CƏMİYYƏT


Şəmkirdə altı tut ağacının kəsilməsi nəticəsində təbiətə 4500 manat ziyan dəyib

Bakı, 29 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir rayonunda Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin yerli qurumunun əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı 6 tut ağacının kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacları Şəmkir rayonunun Qapanlı kənd sakini Ramiz Musayevin kəsdiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.