Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb
AzerTAg.az
Bakı, 10 iyul, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri törədən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakini Zaur Hüseynquliyev idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Z.Hüseynquliyev barəsində Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimələnərək bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

Xəbərin mətnində orfoqrafik səhv var