REGİONLAR


Şəmkirdə dezinfeksiya işləri aparılır VİDEO

Şəmkir, 16 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Şəmkir rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Şəmkirdə tərtib edilən qrafik əsasında şəhərin küçə və prospektlərində bu işlər ardıcıl olaraq aparılır. Yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri görülür.

Şəmkir rayon Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyev bildirib ki, prosesə kombinatın maşın mexanizmləri səfərbər edilib. “Şəhərin bütün ərazilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır ki, infeksiyanın yayılmasının qarşısını almağa yardımçı olaq. Profilaktik işlər bundan sonra da davam etdiriləcək”, - deyə T.Hacıyev bildirib.

İnfeksiyanın yayılma təhlükəsini nəzərə alaraq Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən də bank və poçt filiallarının qarşısı, ictimai binaların girişi kütləvi dezinfeksiya edilir.

Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sahib Sadıqov qeyd edib ki, əhali arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. “Xəstəliyin qarşısını almaq üçün əsas üç qızıl qayda var. Bu qaydaların gözlənilməsi çox vacibdir. Bunlar – maska taxılması, məsafə saxlanması və əllərin dezinfeksiyasıdır. Bu işlər görülsə, xəstəliyin yayılmasının qarşısı da tezliklə alınacaq”, – deyə GEM-in direktoru əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.