CƏMİYYƏT


Şəmkirdə evdə baş verən yanğında yaralananların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb

Bakı, 18 avqust, AZƏRTAC

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, iki yaşlı oğlu və 54 yaşlı qaynanası olub. Azyaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritik vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təchiz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. Qaynanın bədəninin 50 faiz, 24 yaşlı qızın bədəninin 70 faiz yanması bildirilir.

Xəstələrə müvafiq tibbi yardımın göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.