CƏMİYYƏT
Şəmkirdə evdən oğurluq edən şəxs tutulub
Bakı, 2 may, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla əvvəllər məhkum olunmuş rayon sakini 39 yaşlı Anar Məmmədzadənin rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığını oğurlaması müəyyən olunub. Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.