CƏMİYYƏT
Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs odlu silahdan atəş açıb

Bakı, 1 iyun , AZƏRTAC
Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının apardıqları araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya bir dəfə atəş açması müəyyənləşdirilib.
Polis əməkdaşları Vüsal Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 03.10.2023 [14:01]
Dünyada ən ucuz mobil internet İsraildədir
- 03.10.2023 [13:28]
Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib
- 03.10.2023 [12:53]
Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir- RƏY
- 03.10.2023 [12:28]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 03.10.2023 [12:27]