CƏMİYYƏT


Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib

Bakı, 24 avqust, AZƏRTAC

Şəmkir rayonunda “Sağlamlığa xidmət” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari tibbi sığorta mexanizmi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, "Sığortalı ol, sağlam yaşa!" adlı tədbirdə rayonun təhsil, mədəniyyət, səhiyyə işçiləri ilə yanaşı, sahibkarlar və rayon sakinləri iştirak ediblər.

Əsas məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaqdan ibarət olan səyyar maarifləndirmə tədbiri rayon Milli parkında başlayıb və Gənclər Mərkəzində davam etdirilib.

“Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı çıxış edərək maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb. Layihə rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta haqqında təqdimatla çıxış edib. Həkim-ekspert Samirə Muxtarova iştirakçıları maraqlandıran sualları cavablandırıb.

İştirakçılara maarifləndirici bukletlər paylanılıb və layihə çərçivəsində hazırlanmış sosial videoçarx nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.