CƏMİYYƏT


Şəmkirdə istifadəyə yararsız ət aşkar edilib

Bakı, 17 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında iyulun 17-i gecə saat 2 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində məskunlaşan Sadiqov Elşad Vəli oğlunun həyətyanı sahəsinə baxış keçiriblər.

Baxış zamanı vətəndaş Elşad Sadiqovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş və çəkisi 210 kiloqram olan iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.