CƏMİYYƏT


Şəmkirdə keçmiş məhkum iki evdən 14 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Bakı, 10 aprel, AZƏRTAC 

Şəmkirdə bir neçə evdən oğurluq edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki 2 evdən ümumilikdə 14.000 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat oğurlamaqda şübhəli bilinən Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Kərimov Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.