REGİONLAR


Şəmkirdə kümçülər arasında gənc ailələrin sayı artıb

Şəmkir, 6 aprel, Rauf Hacıyev, AZƏRTAC

Şəmkir rayonuna bu il 450 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən sakinlərə paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Şəmkirdə barama bəsləmək istəyənlər arasında gənc ailələrin sayı daha çoxdur.

Bu vaxta qədər 36 yaşayış məntəqəsi üzrə kümçülərə paylanılan ipəkqurdunun rayonda baramaçılığın inkişafına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

Rayonun Sarıtəpə kənd sakini Rahilə Xaşimova bildirib ki, bu sahədə onların da təcrübəsi var. “Eşidəndə ki, ipəkqurdu paylanılır, tərəddüd etmədən götürdük. Ötən il barama bəsləyib iki ədəd inək aldım, bu il isə baramaçılıqdan qazandığım pulla mal-qaramın sayını artıracağam”, - deyə kümçü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.