REGİONLAR


Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb VİDEO

Şəmkir, 14 iyul, Elcan Məmmədov, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Nic kənd sakini Rizvan Abdullayev, Tovuz rayon sakin Elnur Hümbətov, Şəmkir rayon sakinləri Şahmar Hüseynov və Xəyal Həsənovun rayonun Qapanlı kənd ərazisində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 345 ədəd ümumi çəkisi 121 kq 800 qram olan narkotik çətənə kolu, həmçinin həmin kollara xüsusi qulluq göstərmək üçünü zəruri alətlər aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər cari ilin may ayında bir araya gələrək narkotik vasitə becərmək barədə qərara gəldiklərini etiraf ediblər.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxslər çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiklərini bildirsələrdə digər xüsusatlar da istisna edilmir.

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.