REGİONLAR


Şəmkirdə qazilərlə görüş keçirilib

Şəmkir, 15 avqust, Elcan Məmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Avqustun 12-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərimizin bir qrupu ilə növbəti görüş keçirib.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, icra başçısı qazilərlə söhbətində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən danışıb.

Vətən müharibəsində Şəmkirin igid oğullarının qəhrəmanlıqlarından söhbət açan Rəşad Tağıyev şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işləri də qeyd edərək, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb.

Eyni zamanda icra başçısı Şəmkir rayonunda qazilərlə bağlı görülən işlər, həyata keçirilən layihələr haqqında da məlumat verib.

O bildirib ki, qazilərin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdiriləcək, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilatlara rəsmi müraciət olunacaq.

Qazilər göstərilən diqqətə görə təşəkkürlərini bildirib, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.