REGİONLAR


Şəmkirdə qətl törədilib VİDEO

Şəmkir, 7 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Şəmkir rayonunun Könüllü kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Cütlüyün 3 övladı var və ailə Mahiyyəddin Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.

Hadisənin başvermə səbəbləri məlum deyil. Qadının həyat yoldaşı öz xalası oğlu olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.