CƏMİYYƏT


Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 26 aprel, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Polis Şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadıqov və Müsahib Miskinli saxlanılıblar.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub.

Şübhəli şəxslər istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.