REGİONLAR
Şəmkirdə region QHT-lərinin və gənclərin işinin effektiv təşkilinə yönəlmiş layihə həyata keçirilib
Şəmkir, 18 avqust,AZƏRTAC
Şəmkirdə “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində “Regionlardakı Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin və gənclərin işinin effektiv təşkili” adlı layihə həyata keçirilib.
Layihə Gənclər arasında Mübadilə İctimai Birliyinin və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əsas məqsəd region gənclərinin və regional qeyri-hökumət təşkilatlarının nümayəndələrinin özünəinam və özünüifadə bacarıqlarını üzə çıxarmaqla göstərdikləri fəaliyyətləri inkişaf etdirmək və gəncləri həvəsləndirici layihələrə cəlb etməklə sosial fəaliyyətlərinin artmasını təmin etməkdir. Layihə çərçivəsində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarını təmsil edən 30 gəncə liderlik bacarıqları, motivasiya mövzuları ilə bağlı təlim kursları keçirilib.