REGİONLAR
Şəmkirdə sahibkarların iştirakı ilə süni balıqartırma göllərinin yaradılması müzakirə edilib
Şəmkir, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC
Şəmkirdə süni balıqartırma göllərinin yaradılması ilə bağlı sahibkarlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkirlə yanaşı, Qazax, Ağstafa, Tovuz sahibkarlarının da iştirak etdiyi görüşdə nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları və keyfiyyətli yem təchizatının təmin edilməsi ilə bağlı məsləhətlər verilib. Həmçinin sahibkarların problemləri dinlənilib və həlli yolları müzakirə edilib.
Görüşdə sahibkarlar nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına müraciət etmələri diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]