CƏMİYYƏT


Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

Şəmkirdə Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan olunan qəlyan avadanlığından istifadə etdiklərini müəyyənləşdiriblər. Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədikləri, tibbi maskalardan da istifadə etmədikləri də aşkar olunub. Obyektdə olan 5 nəfər saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.