CƏMİYYƏT


Şəmkirdə su kanalında batan gəncin meyiti tapılıb

Bakı, 19 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şəmkir rayonu, Mahmudlu kəndində 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batması barədə məlumat daxil olub.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışları başa çatıb. Kamil İsmayılovun meyiti qrup tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.