CƏMİYYƏT


Şəmkirdə yanğın baş verib, bir azyaşlı uşaq həyatını itirib

Bakı, 18 avqust, AZƏRTAC

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Sarıtəpə kəndində ümumi sahəsi 30 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli ev yararsız vəziyyətə düşüb.

Yanğının kəşfiyyatı zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.