CƏMİYYƏT
Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Bakı, 14 yanvar, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan Təzəkənd kənd sakini Vəli Cabbarzadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onun rayon ərazisində yerini dərhal müəyyənləşdirərək, həmin şəxsi yaşadığı evə göndəriblər.
Faktlarla bağlı rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]