REGİONLAR
Şəmkirin tibb müəssisələri icbari tibbi sığortanın tətbiqinə hazırdır
Şəmkir, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC
Bu ilin aprel ayının 1-dən Şəmkir rayonunda əhalinin icbari tibbi sığortasına başlanılacaq.
Şəmkir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə mərkəzi xəstəxananın 190 çarpayılıq, müasir standartlara cavab verən yeni binası istismara tam hazırdır.
Kür qəsəbə xəstəxanasında isə əsaslı təmir işləri aparılır. Bununla yanaşı, xəstəxana istismara verildikdən sonra tibbi personal və xəstələr üçün problem yaranmaması üçün burada soyutma sisteminin qurulması üçün Səhiyyə Nazirliyinə müraciət edilib.
Bildirilib ki, hazırda rayonun səhiyyə sistemində 11 xəstəxana, Təcili Tibbi Yardım Stansiyası, Tam Təsərrüfat Hesablı Stomatoloji Poliklinika, Gigiyena və Epidemiologiya Mərkəzi və rayonlararası Taun Əleyhinə şöbə, 32 həkim və 27 tibb məntəqəsi fəaliyyət göstərir.
Rayondakı səhiyyə müəssisələrinə il ərzində 6848 nəfər stasionar müalicə üçün müraciət edib, 1261 xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Doğum evində 3005 nəfər (əvvəlki ildəkindən 1721 nəfər çox) uşaq doğulub, bir yaşa qədər uşaqlar arasında 6 ölüm hadisəsi qeydə alınıb, ana ölümü olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]