ELM VƏ TƏHSİL


“Şəmsəddin Saminin həyatı, mühiti və yaradıcılığı” monoqrafiyası çapdan çıxıb

Bakı, 7 sentyabr, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Şəmsəddin Saminin həyatı, mühiti və yaradıcılığı” monoqrafiyası çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın müəllifi Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Rəna İskəndərlidir. Kitab Türkiyə mədəniyyətinin Tənzimat dövrünün görkəmli nümayəndəsi - tədqiqatçı, dilçi, dram və roman müəllifi Şəmsəddin Saminin (1850–1904) elmi-bədii irsinin tədqiqinə həsr olunub.

Kitabın elmi redaktorları filologiya elmləri doktorları - professor Azadə Musabəyli və professor Paşa Kərimov, rəyçiləri filologiya elmlər doktoru Nailə Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.