REGİONLAR


Səmti müəyyən etmə idman növü üzrə ölkə çempionatında 150-dən çox idmançı mübarizə aparır VİDEO

Quba, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 6-da Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatı start götürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı mübarizə aparır.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi birincilik elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilir. Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrdən istifadə olunur.

Açılış mərasimində qeyd olunub ki, bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzinin və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği məqsədilə keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.

Uzun və orta məsafə üzrə keçirilən turnirdə idmançılar 5 yaş kateqoriyası üzrə yarışır.

Yarışda fərqlənən idmançılara medal və diplom təqdim olunacaq. Qaliblər oktyabr ayının sonlarında Türkiyədə keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.