REGİONLAR


Səmti müəyyənetmə idman növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Xaçmaz, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 6-7-də Xaçmaz rayonunun Nabran meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə növbəti açıq respublika çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı mübarizə aparıb.

Gərgin keçən mübarizədən sonra həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin adları müəyyənləşib. “Neftçi” idman klubunun üzvləri komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb. “Dağçılıq” idmançıları ikinci, Müdafiə Nazirliyini təmsil edən komanda isə üçüncü yerə layiq görülüb.

Yarışda fərqlənən idmançılara medal və diplom təqdim olunub. Qaliblər oktyabr ayının sonlarında Türkiyədə keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan Səmti MüəyyənEtmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi birincilik elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilib. Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.

Mükafatlandırma mərasimində qeyd edilib ki, bu kimi yarışlar səmti müəyyənetmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzinin və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği məqsədilə keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyənetmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.