İDMAN


Səmti müəyyənetmə idmanı üzrə kubok yarışı keçirilib

Bakı, 31 may, AZƏRTAC

Səmti müəyyənetmə idmanı üzrə kubok yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda idmançılar sprint növü üzrə şəhər ərazisində ustalıqlarını sınayıblar. Bununla da Bakıda keçirilən bir sıra idman növləri sırasına səmti müəyyənetmə də daxil olub.

Federasiya prezidenti Mirəli Kazımov, həmçinin fəxri üzvü və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko, Dənizkanarı Bulvar İdarəsi Administrasiyasının rəhbəri Elmir Bağırov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnir Vergilər, Gənclər və İdman nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dənizkənarı Bulvar İdarəsinin, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin, “İrəli” İctimai Birliyinin, Türkiyə Səmti Müəyyənetmə Federasiyasının dəstəyi ilə təşkil olunub. Yarışda idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətlər, ali təhsil müəssisələrindən 26 komandanın tərkibində 280-dək idmançı müxtəlif kateqoriyalar üzrə mübarizə aparıblar.

Bu yarış iştirak edən idmançıların sayına görə yeni rekord müəyyənləşdirib. Bununla da səmti müəyyənetmənin ölkədə kütləviliyinin artırılması üçün mühüm addım atılmış oldu.

Yarışın ilk dəfə şəhər ərazisində keçirilməsi ölkəmizin idman ənənəsinə töhfə verib.

Gərgin keçən mübarizədə komanda hesabında Xüsusi Dövlət Mühafizə Xidmətinin təmsilçiləri qalib gələrək kuboka sahib olublar. “Neftçi” İdman Klubu ikinci, “İrbis” klubu isə üçüncü olub.

Sonda fərqlənən idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.