REGİONLAR
“Sən kimsən, Armando?” romanı Sumqayıt oxucularına təqdim olunub
Sumqayıt, 6 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar Jurnalist Eyruz Məmmədovun “Sən kimsən, Armando?” romanı oxuculara təqdim olunub.
“Əsərin süjet xətti, dramaturgiyası, ədəbi-psixoloji məqamlarla zəngin hadisələrin inkişafı kitabı oxunaqlı və maraqlı edir”,- bu fikir bütün çıxışların leytmotivi kimi səslənib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əməkdar Mədəniyyət İşçisi, şair Əşrəf Veysəlli, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru, Əməkdar Mədəniyyət İşçisi Yeganə Əhmədova, kitabın redaktoru, yazıçı Arif Ərşad və digərləri əsərin məziyyətlərini, yazıçının istedad və təxəyyülünü yüksək qiymətləndiriblər.
Görüşdə Eyruz Məmmədovun görkəmli Azərbaycan kinorejissoru, mərhum Davud İmanovla birgə müəllifi olduğu “Sumqayıtın əks-sədası” filminin yaranması tarixindən söz açıb.
Sonda müəllif oxucuların suallarını cavablandırıb.