CƏMİYYƏT


Şən və Hazırcavablar Klubu Liqasının yarımfinalçıları müəyyənləşib

Bakı, 12 mart, AZƏRTAC 

Rəşid Behbudov adına Mahnı Teatrında Şən və Hazırcavablar Klubunun “Yunior Liqa”sının növbəti mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Şən və Hazırcavablar Klubunun birgə təşkilatçılığı ilə 2019-cu il mövsümü üçün 30-dan çox komandanın iştirakı ilə yarışlara start verilib.

Liqada 1/4 final mərhələsinə 17 komanda vəsiqə qazanıb. Keçirilən oyunun yekununa görə, 12 komanda yarımfinala adlayıb.

Qeyd edək ki, yarımfinal mərhələsi cari ilin aprelində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.