CƏMİYYƏT


Sənan Hacıyev: Mülki Prosessual Məcəllədə dəyişikliklərdə əsas məqsəd məhkəmələrdə süründürməçiliyin qarşısını almaqdır

Bakı, 25 iyun, AZƏRTAC

Mülki Prosessual Məcəlləyə təklif edilən yeni dəyişikliklərə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə ədalətli və vaxtında baxılmasına, onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Əsas məqsəd məhkəmələrdə süründürməçiliyin və əsassız vəsatətlərlə işin uzadılmasının qarşısının alınmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 25-də Milli Məclisdə keçirilən brifinqdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev deyib.

Kollegiya sədri bildirib ki, təklif edilən qanun layihəsində hazırda qüvvədə olan Mülki Prosessual Məcəllədə olduğu kimi, ağlabatan həddin müəyyən edilməsi öz əksini tapıb. Bu da prosesə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxmaq üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.