SİYASƏT


Senat Fransanı təcrid olunma təhlükəsinə aparır

Paris, 2 dekabr, AZƏRTAC

Realizmə zidd təklif. Fransa güclü erməni lobbisinin təzyiqi altındadır. Ancaq o, bunun beynəlxalq səviyyədə doğuracağı nəticələrin fərqinə varmalıdır. Fransa təcrid olunmaq təhlükəsindədir.

AZƏRTAC xəbər verir ki, Fransa Senatının üzvü Alən Rişarın bu sözləri “Le Figaro” qəzetində dərc edilmiş məqalədə yer alıb. O, Senatda keçirilən səsvermələrin nəticələrinin ağır fəsadlar yarada biləcəyini qeyd edib.

Fransa Strateji və Beynəlxalq Münasibətlər İnstitutunun (İRİS) Türkiyə və Yaxın Şərq üzrə mütəxəssisi Didye Biyonu Senatın bu təşəbbüsünə etiraz edərək deyib ki, Fransa heç bir dövlətin, hətta Ermənistanın özünün belə tanımadığı bir qurumu niyə tanımalıdır? Bu, Bakı və Ankara ilə diplomatik əlaqələrin tam kəsilməsinə gətirib çıxara bilər. Fransanın bu münaqişədə oynayacağı hər hansı bir rol varsa, o da Ankara və Bakı ilə dialoq apararaq vasitəçi kimi çıxış etməkdir. Senatın səsverməsindən sonra Türkiyə parlamenti qəbul edilən qətnaməni gülünc, qərəzli və gerçəkliklə əlaqəsi olmayan qətnamə kimi qiymətləndirdi. Azərbaycan parlamenti də öz növbəsində, Fransanın Minsk qrupundan çıxarılmasına çağırdı.

Məqalədə Fransanın bu cür addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməyəcəyi ilə bağlı fikirlər də yer alıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.