Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm ?!

Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm ?!

Bakı, 23 aprel, AZƏRTAC

Fransa mətbuatının verdiyi xəbərlərə görə, bu gün Fransa Senatının sədri Jerar Larşenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə yola düşür. Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komissiyasının sədri, fraksiya rəhbərləri və Ermənistan-Fransa dostluq qrupu rəhbərinin də qatıldığı geniş tərkibli nümayəndə heyəti 3 gün ərzində Ermənistanda olacaq, qondarma “erməni soyqırımının” ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.

Səfər ərəfəsində Fransanın “Ermənistan xəbərləri”nə verdiyi müsahibəsində Senatın sədri Jerar Larşe “…ermənilər üçün belə bir ağrılı-acılı zamanda səfər etmək Fransanın Ermənistanla həmrəyliyini nümayiş etdirmək məqsədi daşıdığını“ bildirib. Senat sədri deyib ki, ölkəsində nə qədər siyasi baxış müxtəlifliyi hökm sürsə də bütövlükdə Fransa ermənilərin yanında dayanır.

Bunu AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri, deputat Cavanşir Feyziyev bildirib.

C.Feyziyev qeyd edib ki, Jerar Larşe hələ 2001-ci ildə Senat tərəfindən “erməni soyqırımının” tanınmasını xatırladıb və bunu “erməni əsilli fransızların bütün çətinliklərə baxmayaraq fransız cəmiyyətinə uğurla inteqrasiya olunmasına və töhfələr verməsinə layiqli cavab” kimi dəyərləndirib. Keçən ilin 25 noyabrında Fransa hökumətinə “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını” təklif edən qətnaməni xatırladan sədr vurğulayıb ki, bu addım Ermənistanın etibarını doğrultmaq üçün atılıb və ATƏT, Aİ və digər beynəlxalq təşkilatların seyrçi mövqe tutması Fransa senatorlarının demək olar ki, yekdilliklə bu qətnaməni dəstəkləməsinə səbəb olub. Senat sədri Jerar Larşe Azərbaycanda saxlanan “hərbi əsirlərin” dərhal qeyd-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə “erməni tarixi-mədəni irsinin məhv edilməsinə” son qoyulmasını da tələb etdiklərini bildirib.

“Bir sözlə, Fransa Senatının sədri 30 illik işğaldan sonra azad olunmuş ərazilərdə özlərinin təkzibedilməz vəhşilik izlərini və dəlil-sübutlarını qoymuş erməni vandalizmini unudaraq, dünyada multikulturalizm nümunəsi kimi qəbul edilən Azərbaycana guya erməni mədəni irsini məhv etməsi ilə bağlı böhtan atmaqla erməni riyakarlığına şərik çıxıb. BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Fransanın dövlət rəhbərliyində səlahiyyət etibarilə ikinci şəxs olan Jerar Larşe BMT Nizamnaməsində nəzərdə tutulan dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini, eləcə də öz dövlətinin də səs verməsi ilə qəbul olunmuş BMT TŞ-nın 4 məlum Qətnaməsini unudub. Jerar Larşe Fransanın TŞ üzvü kimi BMT Qətnamələrinin yerinə yetirilməsi üçün məsuliyyət daşıdığını, eləcə də Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr olduğunu və münaqişənin həlli üçün heç bir addım atmadığını da unudub. Görünür, onun üçün gələcək seçkilərdə erməni loyallığını əldə etmək erməni təcavüzü nəticəsində öz torpaqlarından silah gücünə qovulmuş və 30 il ərzində ən adi insan hüquqlarından məhrum olunmuş 1 milyon qaçqın və köçkünlərin taleyindən daha önəmlidir”, - deyə deputat qeyd edib.

C.Feyziyev vurğulayıb ki, Senat sədrinin həmsədrlik institutunun tərəfsizliyə və qərəzsizliyə əsaslandığını bilməməsi də təəccüb və təəssüf doğurur. Münaqişənin həlli prosesinə həmsədrlik edən bir dövlətin ali rəhbərliyinin beynəlxalq qanunlara məhəl qoymadan, saxta və yalan bəhanələr əsasında münaqişə tərəflərindən birinin işğalçılıq hərəkətlərini açıq-aşkar dəstəkləməsi siyasi əxlaqa ziddir. Bunu beynəlxalq hüquq, beynəlxalq münasibətlər və konfliktologiya sahəsində çalışan bütün mütəxəssislər təsdiq edə bilər. Fransa isə hələ 20 il əvvəl münaqişə tərəflərinə münasibətdə tərəfsiz mövqe tutacağına söz verərək təkidlə əldə etdiyi həmsədrlik vəzifəsindən imtina etməyi özünə rəva bilmir. Əksinə, həmsədrlik missiyasının və onunla bərabər bölgədəki münaqişənin uzadılmasına və daimi olaraq bütövlükdə Cənubi Qafqaz bölgəsini özündən asılı vəziyyətdə saxlamağa çalışır. Bütün bunları beynəlxalq ictimaiyyətlə bərabər ölkəmizdəki gözü bağlı, vicdanı susqun “Avropa heyranları”nın da dərk etməsi və anlaması müstəqilliyimizin qorunması baxımından zəruridir.

Deputat qeyd edib ki, Senat sədrinin daha maraqlı fikirləri müsahibənin sonunda yer alıb. İnteqrasiya modelləri haqqında sual verən jurnalistin anqlo-sakson inteqrasiya modeli ilə müqayisədə fransızsayağı inteqrasiya modelinə şübhəli yanaşmaların olması haqqında sualına cavab verərkən Senat sədri belə deyib:

“Bizim respublikaçılıq modeli anqlo-saksonların cəmiyyətdaxili rəqabət mühitində icmaları qarşıdurmaya sövq edən multikulturalist modelindən qətiyyətlə qorunmalıdır”. Özünün bu kimi fəlsəfi iddiaları ilə senat sədri öz təsəvvüründə olan respublikaçılıq modelinin mahiyyətini multikulturalizmə qarşı qoyub və fikrini belə əsaslandırıb: “Milli (dövləti) cəmiyyətə, yəni Fransaya mənsubluğun olmaması cəmiyyətin bəzi üzvlərini öz yaddaşına, özünün coğrafi, etnik, seksual və ya dini identikliyinə müraciət etməyə sövq edir. Beləliklə, ... bu gün çoxluğun iradəsi yox, həmin adamların təşkil etdiyi icmalar şəklində azlığın təhdidi baş verir. Bu vəziyyət öz həyat tərzini və identikliyini gələcəyə ötürmək istəyən fransızları qorxudur...”.

Senat sədri dolayısı ilə onu iddia edib ki, onun təsəvvür etdiyi respublikaçılıq modelində özünün coğrafi, etnik, seksual və ya dini identikliyini qoruyub saxlamaq istəyən cəmiyyət üzvləri assimilyasiya olunmalıdır. Bu isə siyasi ədəbiyyatda “respublikaçılıq” yox, “şovinizm” adlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb