CƏMİYYƏT
Senay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb və istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin kütləvi informasiya vasitələrinin sorğularına cavabında qeyd olunub.
Baş Prokurorluqdan bildirilib ki, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrinə və sosial media nümayəndələrinə müraciət edərək, belə həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət olunması, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmamasını xahiş edir.