ELM VƏ TƏHSİL


Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri müzakirə olunur

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək tədbirdə “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılacaq.

Konfransda Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç, Qazaxıstan və digər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatları təmsil edən alim və mütəxəssislər iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.