ELM VƏ TƏHSİL


Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemlərinə dair növbəti elmi seminar

Bakı, 29 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin analizi” mövzusuna həsr olunan növbəti elmi seminarı onlayn keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sənaye idarəetmə sistemlərinin çoxsəviyyəli şəbəkə arxitekturaları və heterogen şəbəkə protokolları, kibertəhlükəsizliyin spesifik xüsusiyyətləri və bu sistemlərdə təhlükəsizlik üzrə beynəlxalq, regional, milli standartlar, eləcə də qanunvericilik sənədləri haqqında məlumat verib. O diqqətə çatdırıb ki, sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin həlli istiqamətində bütün dünyada elmi-praktik tədqiqatlar genişlənir.

Sonra alim bu istiqamətlərin hər biri üzrə mövcud tədqiqatları təhlil edib, gələcək araşdırmalar üçün problemləri diqqətə çatdırıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsinin zəruriliyi ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.