ELM VƏ TƏHSİL


Sənaye məhəllələrində UNEC-in İnnovativ Biznes İnkubatoru fəaliyyət göstərəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu ildən ölkədə açılacaq bütün sənaye məhəllələrində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes İnkubatoru (İBİ) fəaliyyət göstərəcək. Bu, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik biliklərinin də formalaşmasına töhfəsini verəcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2014-cü ildə respublikada ilk dəfə UNEC-də İnnovativ Biznes İnkubator təsis edilib.

İBİ-nin əsas missiyası “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə startapçılara tədris-metodik, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.