İQTİSADİYYAT


Sənaye məhəllələrinə 74 milyon manat investisiya yatırılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Hazırda ölkədəki sənaye məhəllələrində ümumilikdə 36 rezident qeydiyyatdan keçib. Onlardan 16-sı fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt Kimya Sənaye Parkının direktoru Elşad Nuriyev deyib.

“Sənaye məhəllələrinə 74 milyon manat investisiya yatırılıb, daha 43 milyon manat sərmayə yatırılması nəzərdə tutulur. Bu investisiyaların tam həcmi yatırıldıqdan sonra 1000 nəfərdən çox şəxsin işlə təmin olunması gözlənilir”, - deyə E.Nuriyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.