İQTİSADİYYAT


Sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Doqquz ayda sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda ən çox artım tütün məmulatları və mebel istehsalında qeydə alınıb – müvafiq olaraq 2,5 və 2,1 dəfə.

Həmin dövrdə toxuculuq sənayesi məhsulları istehsalı 53,3 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 42,7 faiz, ağac emalı və ağac məmulatları istehsalı 20,6 faiz, içki istehsalı 11,4 faiz, kağız və karton istehsalı 5,8 faiz, geyim istehsalı 1,6 faiz artıb. Qida məhsullarının istehsalında isə 0,6 faiz azalma olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.