REGİONLAR
Sənaye üsulu ilə əkilən kartof sahələrində hər hektardan 400 sentner məhsul götürülür
İsmayıllı, 9 avqust, AZƏRTAC
İsmayıllı rayonunda intensiv və innovativ becərmə texnologiyaları ilə əkilib yetişdirilən kartof sahələrində məhsul yığımına başlanılıb və hər hektardan orta hesabla 400 sentner kartof götürülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari mövsümdə rayonda 885 hektarda kartof yetişdirilib. Sahələrin 200 hektarı “Aqromaster” MMC tərəfindən sənaye üsulu ilə əkilib və bol məhsul əldə olunub. Əkində “Marabella” və “Berlima” sortlarından istifadə olunub ki, bu sortlar da çox məhsuldardır.
Hazırda kartof xüsusi aqreqatla çıxarılır, əl ilə yığılıb qablaşdırılır. Məhsul yığımında hər gün 70-80 nəfər işçi qüvvəsi çalışır.
Qeyd edək ki, ötən il rayonda 10 min 343 kiloqram kartof istehsal olunmuşdu. Cari mövsümdə daha çox məhsulun əldə ediləcəyi gözlənilir.