REGİONLAR


Sənaye üsulu ilə əkilən kartof sahələrindən 300-350 sentner məhsul götürülür

İsmayıllı, 21sentyabr, AZƏRTAC

İsmayıllı rayonunda kartof yığımı başa çatmaq üzrədir və hazırda sənaye üsulu ilə əkilən sahələrin məhsulu yığılır. Digər sahələrdə isə yığım yekunlaşıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 970 hektar sahədə kartof yetişdirilib. Bunun 305 hektarı müasir becərmə texnologiyasına əsaslanan sənaye üsulu ilə əkilib. Sənaye üsulu ilə əkilib-becərilən sahələrin 270 hektarı təkcə rayonda fəaliyyət göstərən “İsmayıllı tərəvəzləri” MMC-yə məxsusdur. Burada hər hektardan 300-350 sentner kartof götürülür.

İndiyədək rayonda 13 min 900 ton kartof yığılıb. Bu göstərici ötən ildəkindən 50 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.