CƏMİYYƏT


Sənaye üsulu ilə istehsal edilmiş süni fruktoza xərçəng törədicilərinin inkişafına kömək edir

Vyana, 23 mart, AZƏRTAC 

Müxtəlif qida və içkilərə qatılan süni fruktozanın əlavə kalori kimi insanın piylənməsinə yol açdığı tibb elminə çoxdan məlumdur. Yeni elmi tədqiqatlar nəticəsində süni fruktozanın, eyni zamanda, orqanizmdəki xərçəng törədiciləri üçün əlverişli şərait yaratması da müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, amerikalı alimlər sənaye üsulu ilə istehsal edilən və müxtəlif içki və ya siropların tərkibinə qatılan şirinləşdirici süni fruktoza bağırsaqlarda polip və şişlərin inkişafını dəstəklədiyini müşahidə ediblər. Laboratoriyada siçovullar üzərində aparılan analizlər zamanı hər gün süni fruktoza qatılmış qarğıdalı siropu qəbul edən siçovullarda qeyd edilən proses sürətlə gedib, normal su ilə qidalanan siçovullarda isə mövcud polip və şişlərin inkişafında eyni sürət baş verməyib.

Avstriya Teleradiosunun məlumatına görə, kornfleyk, limonadlı içkilər, yarımfabrikat qida və digər şirinləşdirilmiş qidaların tərkibindəki süni fruktoza enerjiyə çevrilərək polip və xərçəng şişlərinin inkişafına kömək edir. Alimlərin “bağırsaq şişləri üçün yanacaq” adlandırdığı süni fruktozanın insan üzərində təsirlərini tədqiq edəcəklər.

Tədqiqat nəticəsində eyni effektin, həmçinin məişət şəkərinə də şamil oluna biləcəyi cavablandırılmayıb. Araşdırma konkret cavablardan hələ uzaq olsa da, alimlər orqanizmi bağırsaq poliplərinə meyilli şəxsləri tərkibində sənaye üsulu ilə hazırlanmış fruktoza olan qida və içkilərdən uzaq olmağı tövsiyə ediblər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.