REGİONLAR
Sənaye üzrə 922 milyon 291 min manatdan çox dəyərdə məhsul istehsal edilib
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, sənaye üzrə 922 milyon 291 min 600 manat dəyərində məhsul istehsal edilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Qeyd edək ki, son dövrlər muxtar respublikada sənayenin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, uğurlu investisiya siyasəti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı yeni məhsul növlərinin istehsalını təmin edib, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafına yeni imkanlar yaradıb.