ELM VƏ TƏHSİL


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “HTML və CSS” üzrə təlimlər təşkil edəcək

Bakı, 2 iyun, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları veb-saytların dizayn maketlərindən “HTML” səhifələrin hazırlanmasının əsas prinsiplərinə yiyələnəcəklər. Qeyd edək ki, veb-dizayner, veb-saytların yaradılması və idarə edilməsi üzrə mütəxəssis və veb-proqramçı kimi bütün ixtisasların təməlində “”HTML” və “CSS” durur. Təlim bu sahəni sıfırdan öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Minimum tam orta təhsil və riyazi hesablama bacarıqları, məntiqi və analitik düşünmə qabiliyyəti təlim üçün əsas meyarlardır.

Təlim müddəti 108 saat (2.5 ay) təşkil edir. İyunun 7-dək təlimdə iştirak üçün müraciət etmək olar. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.