ELM VƏ TƏHSİL


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlığını genişləndirir

Bakı, 13 noyabr, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə mobil sürtkü materiallarının aparıcı təchizatçısı “ExxonMobil” korporasiyasının Azərbaycanda rəsmi və yeganə distribüteri “Avto Motor Servis” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, memorandumun imzalanmasında başlıca məqsəd yüksək səviyyəli kadr kimi hazırlanmaqda, eləcə də gələcəkdə işlə təmin olunmaqda və karyera qurmaqda təhsilalanlara dəstək verməkdir.

Qeyd edək ki, geniş elmi-istehsalat bazasına və təcrübəli ixtisaslı kadrlara malik hər iki müəssisənin əməkdaşlığı sayəsində avtomobil istiqaməti üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafının təmin olunması nəzərdə tutulur. Birgə fəaliyyət planına əsasən qarşılıqlı maraq kəsb edən mövzularda seminarlar, təlimlər, ustad dərsləri də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.