ELM VƏ TƏHSİL


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yeni əməkdaşlığa başlayır

Bakı, 21 avqust, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) “Baku Roofing Company” və “Cahan Motors” şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayıb.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, memorandum çərçivəsində mərkəzdə tədris olunacaq tikinti və avtomobil ixtisasları üzrə təhsil proqramlarına şirkətlərin peşəkarları tərəfindən rəylər veriləcək və nəticədə tədris olunan mövzular bazar ehtiyaclarına uyğunlaşdırılacaq. “Baku Roofing Company” və “Cahan Motors” şirkətləri ilə əməkdaşlıq Sənaye və İnnovasiyalar üzrə BDPTM-ə tələbə qəbulunu və buraxılış imtahanlarını təkmilləşdirməyə imkan verəcək.

Şirkətlərin dəstəyi ilə tələbələrin peşə bacarıqlarının inkişafı üçün iş yerində təcrübə proqramları təşkil olunacaq. Eyni zamanda, tərəflər ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Mərkəzin əsas məqsədi sənaye ilə sıx əməkdaşlıq nəticəsində beynəlxalq təhsil standartlarına əsaslanan və bazar ehtiyaclarına uyğun rəqabətqabiliyyətli kadrlar hazırlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.