ELM VƏ TƏHSİL


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təlim təşkil olunub

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universiteti ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanan memorandum çərçivəsində Texniki Universitetin müəllim-pedaqoji heyəti tərəfindən mərkəzin subbakalavr pilləsinin nəqliyyat vasitələrinin texniki istismarı və kompüter sistemlərində proqram təminatı ixtisaslarının təhsilalanları üçün təlimlər keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlər qeyd olunan ixtisaslar üzrə təhsilalanların bilik səviyyələrinin artırılması və ixtisaslaşması məqsədilə təşkil olunub.

Təlimləri müvəffəqiyyətlə bitirən 7 təhsilalan göstərdikləri fəallığa görə fərqlənmə sertifikatı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.